EN

İslandiya millisinin baş məşqçisi: “Bu matç bizim üçün çox vacibdir”

Futbol üzrə İslandiya millisi Azərbaycan yığmasına qarşı oyunda yaxşı nəticə əldə etməyə çalışacaq.

Bizim.Media xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Arnar Qunnlauqsson mətbuat konfransında deyib.

Mütəxəssis Azərbaycan yığması ilə keçirəcəkləri DÇ-2026 seçmə mərhələsi oyunu barədə fikirlərini açıqlayıb:

“Bu matç komandamız üçün vacibdir. Pley-off şanslarımızı qorumaq üçün nəticə qazanmaq məcburiyyətindəyik. Ümid edirik ki, hər şey bizim xeyrimizə olacaq”.

O, rəqibin eyni taktika ilə oynadığını qeyd edib:

“Amma onlar artıq daha istəkli mübarizə aparırlar. İlk matçda 5:0 hesabı ilə qalib gəlmişdik. Buna baxmayaraq, həmin oyunda Azərbaycan millisi pis təsir bağışlamadı”.

Qeyd edək ki, Azərbaycan - İslandiya matçı sabah, 8-ci km qəsəbə stadionunda saat 21:00-da start götürəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
27
bizim.media

1Sources