EN

Basketbol millimiz biabırçı məğlubiyyətlə başladı - ARENA.AZ

Qadınlardan ibarət basketbol üzrə Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv bu gün E qrupundakı ilk oyununda Bolqarıstan yığması üz-üzə gəlib.

Bakı İdman Sarayında keçirilmiş qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 141:48.

Azərbaycan milli komandası qrupdakı növbəti oyununu noyabrın 15-də Bakıda Monteneqro yığmasına qarşı keçirəcək.

Basketbol yığmamız qrupdakı sonuncu oyununu səfərdə Ukraynaya qarşı keçirəcək.

Bolqarıstanla oyundan sonra milli komandanın baş məşqçisi Evren Alkaya biabırçı məğlubiyyətə aydınlıq gətirib:

“Bizim üçün çox çətin bir oyun keçdi. Bolqarıstan qarşısında heç bir şəkildə geri addım atmadıq. Uşaqlarımız çox gəncdir. Düzdür, səviyyə baxımından çox geri qaldıq. Bolqarıstan isə tam gücü ilə oynadı. Onsuz da yarışdakı məqsədimiz bu uşaqları mümkün olduğu qədər çox oynatmaq və növbəti matçlara hazırlaşmaqdır. Komandanı mümkün olan ən keyfiyyətli vəziyyətə gətirməyə çalışırıq”.

Alkaya komandanın formalaşdırılması üçün zamana ehtiyac olduğunu da vurğulayıb:

“Keçən il B divizionunda Danimarkanı, İslandiyani, Bosniya və Herseqovinanı məğlub etmişdik. Bu səviyyədəki rəqiblərlə oynayanda komanda yaxşı şeylər edə bilir. Uşaqlar üçün bir az səbir və zaman istəyirik. Həqiqətən qısa zamanda komandanı bu platformaya salmışıq və öyrənəcəkləri çox şey var. Komandada ən böyük basketbolçu 18 yaşındadır. 15 yaşlı uşaqlar da var. Bir neçə il ərzində ən azından daha gözəl basketbol oynayan bir komanda formalaşdıracağımızı düşünürəm”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
21
21
arena.az

10Sources