EN

Putin və Tokayev birgə Bəyannamə imzaladı

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Qasım-Jomart Tokayev Kremlin Böyük Sarayının Malaxit foyesində iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıblar.

Axar.az xəbər verir ki, mərasimdə Moskva və Astana arasında bütün sahələrdə ikitərəfli əlaqələrin fəal inkişaf etdiyi qeyd olunub.

Danışıqlar zamanı tərəflər Rusiya qazının Qazaxıstana, o cümlədən ölkənin şimal və şərq bölgələrinə tədarükünün genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Putin bildirib ki, “Bayterek” birgə layihəsi çərçivəsində raketdaşıyıcının ilk buraxılışı bu ilin sonuna qədər planlaşdırılıb. Bundan əlavə, hər iki ölkə nadir torpaq metalları sahəsində əməkdaşlığın fəallaşdırılması imkanlarını da nəzərdən keçirir.

Tokayev vurğulayıb ki, iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinə dair imzalanmış Bəyannamə tarixi əhəmiyyətə malikdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
1
axar.az

7Sources