EN

Saakaşvili üç ildən sonra klinikadan həbsxanaya qaytarılıb

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili “Vivamed” klinikasında uzun müddətli müalicədən sonra həbsxanaya qaytarılıb.

Qaziler.az “Sputnik Georgia”ya istinadla xəbər verir ki, siyasətçi 2022-ci ilin may ayından bəri orada müalicə alırmış.

Xüsusi Penitensiar Xidmətin açıqlamasında deyilir: "Mixail Saakaşvilinin vəziyyəti qənaətbəxş hesab edildiyindən və artıq stasionar müalicəyə ehtiyacı olmadığından, keçmiş prezident mülki sektor klinikasından çıxarılaraq 12 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb".

2021-ci ildə Saakaşvili, 2010-cu illərin ortalarından bəri Gürcüstanda ona qarşı bir neçə cinayət işi açılmasına və bəzilərinə qiyabi hökm çıxarılmasına baxmayaraq, vətəninə qayıtmaq qərarına gəlib. Keçmiş prezident mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və səlahiyyətlərini aşmaqda ittiham olunurmuş. O, 1 oktyabr 2021-ci ildən həbsdədir. Bu müddət ərzində dəfələrlə aclıq aksiyası keçirib.

QAZİLER.AZ

Chosen
24
11
qaziler.az

10Sources