Ukraynanın xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa bildirib ki, Rusiya ilə sülh danışıqları cari ildə demək olar ki, nəticəsiz başa çatıb və hazırda dayandırılıb.
Ukrayna KİV-ə istinadla verdiyi məlumata görə, o bunu “The Times” qəzetinə verdiyi müsahibəsində bildirib.
“Hazırkı sülh danışıqları cüzi irəliləyişlə başa çatdığı üçün onlar artıq dayandırılıb”, – deyə Kislitsa vurğulayıb.
Onun sözlərinə görə, yay aylarından bəri Ukrayna diplomatiyası beynəlxalq tərəfdaşlardan Rusiya Prezidenti Vladimir Putinin Volodimir Zelenski ilə şəxsi görüşə razılıq verməsinə şərait yaradacaq konkret addımların atılmasını təmin etməyə yönəlib. Lakin bu səylər uğurla nəticələnməyib.
Kislitsa bildirir ki, hazırkı güzəştsiz və sərt mövqe şəraitində Kiyev üçün Moskva ilə danışıqlar aparmaq mümkün görünmür.