EN

Rusiya və Qazaxıstan hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb

BAKI, 12 noyabr. TELEQRAF

Rusiya və Qazaxıstan liderləri Kremlin Böyük Sarayının Malaxit foyesində iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıblar.

Teleqraf xəbər verir ki, mərasimdə Moskva və Astana arasında bütün sahələrdə ikitərəfli əlaqələrin fəal inkişaf etdiyi qeyd olunub.

Danışıqlar zamanı tərəflər Rusiya qazının Qazaxıstana, o cümlədən ölkənin şimal və şərq bölgələrinə tədarükünün genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Rusiya Prezidenti, həmçinin bildirib ki, “Bayterek” birgə layihəsi çərçivəsində raketdaşıyıcının ilk buraxılışı bu ilin sonuna qədər planlaşdırılıb. Bundan əlavə, hər iki ölkə nadir torpaq metalları sahəsində əməkdaşlığın fəallaşdırılması imkanlarını da nəzərdən keçirir.

Qazaxıstan Prezidenti vurğulayıb ki, iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinə dair imzalanmış Bəyannamə tarixi əhəmiyyətə malikdir.

Chosen
15
5
teleqraf.com

7Sources