EN

Azərbaycan və Botsvana diplomatik münasibətlər qurub

Nyu-Yorkda Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev və Botsvananın BMT-dəki daimi nümayəndəsi Çarlz Masole iki ölkə arasında diplomatik münasibətlərin qurulması haqqında Birgə Kommünike imzalayıblar.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi sosial media hesabında məlumat yayıb.

Birgə Kommünikedə Azərbaycan ilə Botsvana ölkələri və xalqları arasında qarşılıqlı anlaşmanı və əməldaşlığı təşviq etmək niyyəti ifadə olunur.

Sənəddə, həmçinin vurğulanır ki, hər iki dövlətin hökumətləri diplomatik əlaqələrin qurulmasında BMT Nizamnaməsini və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini, xüsusən də dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və onların daxili işlərinə qarışmamaq prinsipini əsas tuturlar.

Daimi nümayəndələr, həmçinin Birgə Kommünikenin BMT sənədi kimi yayılması üçün qurumun Baş katibinə məktub ünvanlayıblar.

Chosen
11
10
missiya.az

10Sources