EN

Azərbaycan millisinin oyununda 7 qol vuruldu

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində Çexiya komandası ilə qarşılaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Maltanın Ta Qali şəhərindəki "Sentenari" stadionunda keçirilən görüş çexlərin 6-1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, U-19 noyabrın 15-də Şimali İrlandiya, üç gün sonra Malta ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki görüş Maltanın Ta Qali şəhərində keçiriləcək.

Chosen
13
1
bakivaxti.az

2Sources