EN

“Alyaskada Ukrayna ilə bağlı kompromis anlaşmalar əldə edilib” –Rusiya XİN

“Hazırda ABŞ-dan Alyaska razılaşmalarına sadiqliklərinin təsdiqini gözləyirik“.

AzPost bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin İkinci MDB Departamentinin direktoru Polisçuk  TASS-a  bugünkü müsahibəsində deyib.

XİN rəsmisinin sözlərinə görə, 15 avqustda Alyaskada keçirilən Rusiya-Amerika sammiti zamanı Ukrayna ətrafındakı böhranın həlli alqoritmi ilə bağlı kompromis anlaşmaları əldə edilib. Amerikalılar Kiyevi maksimalist mövqelərindən imtina etməyə və kompromis alqoritmini qəbul etməyə inandıracaqlarını açıq şəkildə bildiriblər.

“Başa düşdyümüz odur ki, amerikalılar Kiyevi inandırmaqda çətinlik çəkiblər. Həmçinin London və Brüssel Vaşinqtonu münaqişənin hərbi həlli lehinə diplomatiyadan imtina etməyə inandırmağa çalışıb. Hazırda amerikalılardan Alyaska razılaşmalarına sadiqliklərinin təsdiqini gözləyirik“-deyə o vurğulayıb.

Polişçuk deyib ki, bu danışıqların kompromis xarakterli olmalarına baxmayaraq, heç kim Krım, Donbas və Novorossiya bölgələrinin Rusiya mənsubiyyətini şübhə altına almır: “Bu bölgələrin sakinləri 2014 və 2022-ci illərdə keçirilən referendumlarda Rusiya ilə birləşməyin lehinə səs veriblər. Onların seçimi hər kəs üçün vacibdir. Həmçinin ərazi məsələsinin həll paketinin bir hissəsi olduğunu da unutmamaq vacibdir. Biz dəfələrlə bildirmişik ki, bizim üçün vacib olan ərazilər deyil, insanlardır”.

XİN rəsmisi Rusiya və Ukrayna arasında danışıqların hazırda Kiyev tərəfindən dayandırıldığını bildirib: “Türkiyə nümayəndələri dəfələrlə danışıqların bərpa olunmasını tələb ediblər. Rusiya komandası buna hazırdır; top Ukraynanın meydanındadır”.

AzPost.az

Chosen
7
1
azpost.info

2Sources