"Ermənistan və Azərbaycan "Tramp marşrutu" (TRIPP - Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu) layihəsini irəlilətmək üçün Sünikdə müəyyən hissələrin delimitasiyasını apara bilərlər". Ajans.az "Sputnik Ermənistan"a istinadən xəbər veirr ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan parlamentdə hökumət saatı zamanı deyib. Onun sözlərinə görə, Vaşinqton Bəyannaməsindən sonra "Tramp marşrutu" üçün infrastrukturun yerləşdirilməsi və bu məqsədlə delimitasiya edilməli olan hissələrlə bağlı müzakirələr daha konkret hal alıb: "Hətta layihələndirmə işlərinə başlamaq üçün bizə işçi baza lazımdır. Prosesdə TRIPP-nin infrastruktur inkişafına kömək məqsədilə növbədənkənar delimitasiya hissələrinin olması mümkündür".
Bununla belə, baş nazirin müavininin fikrincə, ümumi delimitasiya prosesi bundan asılı olmayaraq davam etdiriləcək.