EN

De Blekere Əliyar Ağayevin səhv qərar verdiyini açıqladı - Video

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Premyer Liqasının 11-ci turundakı mübahisəli epizodlara şərh verib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, sözügedən qurumun mətbuat xidməti əvvəllər belçikalı mütəxəssisin fikirlərini yazılı olaraq təqdim edirdi. Son turlarda isə AFFA onun şərhlərini videoformatda açıqlayır.

Frank De Blekere 11-ci tur çərçivəsində keçirilmiş “Şamaxı” – “İmişli” (1:0), “Sumqayıt” – “Qəbələ” (2:0), “Araz-Naxçıvan” – “Karvan” (2:1), “Sabah” – “Kəpəz” (3:1), “Zirə” – “Turan Tovuz” (0:0) və “Qarabağ” – “Neftçi” (2:0) matçlarında qeydə alınmış ümumilikdə 6 epizodla bağlı fikirlərini bölüşüb.

Belçikalı mütəxəssis baş hakim Əliyar Ağayevin “Zirə” – “Turan Tovuz” matçında meydan sahiblərinin futbolçusu Brahim Konateyə göstərdiyi qırmızı vərəqənin “sarı” ilə əvəzlənməsinin yanlış qərar olduğunu bildirib.

AFFA Hakimlər Komitəsinin sədri 11-ci tur çərçivəsində keçirilmiş oyunlardakı mübahisəli epizodları belə şərh edib:

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
15
27
arena.az

10Sources