EN

Haraldsson: “Azərbaycanla matçda yaxşı nəticə qazanmalıyıq”

Futbol üzrə İslandiya millisinin yarımmüdafiəçisi Hakon Arnar Haraldsson Azərbaycan yığması ilə oyundan öncə fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, Azərbaycan və İslandiya yığmaları DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turu çərçivəsində sabah Bakıda üz-üzə gələcəklər.

Fransanın “Lill” klubunda çıxış edən 22 yaşlı hücumameyilli yarımmüdafiəçi Hakon Arnar Haraldsson bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün çox vacib oyundur. Pley-off şanslarımızı saxlamaq üçün yaxşı nəticə qazanmalıyıq. Son matçımız Ukrayna yığmasına qarşı olacaq. Səbirsizliklə həmin oyunu gözləyirik. Bakı gözəl şəhərdir. İlk dəfədir buradayam.

Azərbaycan millisi ilk oyundan sonra kifayət qədər inkişaf edib. Sabahkı matçda çox çətin mübarizə olacaq. Burada heç bir motivasiya əskikliyindən söhbət gedə bilməz. Sabah bizi çətin rəqib və çətin oyun gözləyir”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
16
1
arena.az

10Sources