EN

Sabiq nazir müşavirinə yeni vəzifə verildi

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Hüquq Departamentinə yeni rəhbər təyin edilib.

"Cebheinfo.az” İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bu barədə AQC sədri Vüqar Oruc müvafiq əmr imzalayıb.

Departamentin rəhbəri vəzifəsinə Fuad Xəzani oğlu Məmmədov gətirilib.

Qeyd edək ki, Fuad Məmmədov 1985-ci ildə Bakı şəhərində anadan olub. O, 2021-2023-cü illərdə mədəniyyət nazirinin müşaviri, daha sonra Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Hüquq, insan resursları və sənədlərlə iş şöbəsinin müdiri vəzifəsində işləyib. Əvvəllər isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Sabiq

"Cebheinfo.az”

Chosen
30
16
cebheinfo.az

10Sources