EN

XTQ mənsublarının xüsusi tibb hazırlığı kursunun açılışı oldu - FOTO

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) şəxsi heyətilə xüsusi tibb hazırlığı üzrə keçirilən kursun açılış mərasimi olub.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, açılış mərasimində beynəlxalq mütəxəssislər də iştirak edib.
 

Tədbirdə qeyd olunub ki, kursun keçirilməsində əsas məqsəd döyüş meydanında yaralılara ilkin tibbi yardımın göstərilməsi, eləcə də tibbi təxliyə və döyüş şəraitində tibb xidmətinin təşkili üzrə XTQ mənsublarının bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.


Açılış mərasimindən sonra şəxsi heyətin məişət şəraitinə, tədris yerlərinə, eləcə də tədris prosesində istifadə olunacaq müasir tibbi avadanlıqlara baxış keçirilib.






Bizim.Media

Chosen
11
15
bizim.media

10Sources