EN

Suriya prezidentinə ətir verib, arvadlarının sayını soruşdu - VİDEO

Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ilə görüş zamanı ABŞ prezidenti Donald Tramp ona "uğur" qoxusu verən "Tramp Victory 45-47" ətrini hədiyyə edib. 

Adalet.az xəbər verir ki, Amerika lideri həmçinin əl-Şaraanın həyat yoldaşına da bir neçə ətir bağışlayıb. 

"Ən yaxşı ətir budur. Bura gəlin. Budur, biz nə edəcəyik - sadəcə bunu götürün. İkincisi isə həyat yoldaşınız üçündür", - deyə Tramp bildirib.

Daha sonra ABŞ prezidenti Suriya prezidentinin neçə arvadı olduğunu soruşub. Əl-Şaraa "Bir" deyə cavab verib. cavab verdi ki, onun da bir arvadı var.

Amerika prezidenti iyul ayında "Tramp Victory" markalı ətrin satışa çıxarıldığını elan edib. Məhdud sayda istehsal edilən ətir qutuları qızılı örtüklü Tramp heykəlciyi ilə bəzədilib.

 


Chosen
15
25
adalet.az

10Sources