EN

Paşinyanın müavini: Şahin Mustafayevlə müntəzəm işgüzar əlaqələrim var

Həmkarımla (Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev-red.) təmaslarım, müntəzəm işgüzar əlaqələrim var.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini Mqer Qriqoryan parlamentdə sual-cavab sessiyası zamanı bildirib.

O, Şahin Mustafayevlə son görüş zamanı Azərbaycan ərazisinə səfər etdiyini xatırladıb.

“Lakin bu, əsasən TRİPP, mümkün demarkasiya fraqmentlərinə və prosesin özünə aid olub”, - Qriqoryan vurğulayıb.

Chosen
45
5
apa.az

7Sources