Yazını böyüt
Yazını kiçilt
Xəzər rayonunda yeni çəkilmiş qaz xəttinin “Zirə-Şimal DRES” magistral qaz kəmərinə birləşdirilməsi, Suraxanı rayonunda qaz xəttinin hündürlüyə qaldırılması işləri ilə əlaqədar 13.11.2025-ci il tarixdə saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.
"Azəriqaz"dan hafta.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Xaşa-Xuna bağları ərazisində, Suraxanı rayonunun Əmircan qəsəbəsi, İlham Şükürov küçəsində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.