EN

“Qəlbimizdəki yanğını sözlə ifadə etmək mümkün deyil – Türkiyə prezidenti

“Dünən 86 milyonumuzu məhv edən dəhşətli xəbərlər aldıq. Qarabağ qələbəsinin beşinci ildönümü münasibətilə Azərbaycandakı bölməmizi aparan C-130 hərbi yük təyyarəmiz havaya qalxdıqdan az sonra Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb. Təəssüf ki, biz 20 vətənpərvər oğul və qızımızı itirdik. Qəlbimizdəki yanğını sözlə ifadə etmək mümkün deyil”.

NOCOMMENT.az türk mediasına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının toplantısında çıxışı zamanı deyib.

“Millətimizdən yalana qarşı ayıq olmağa, yalana qarşı çıxmağa, çirkin siyasət naminə alçalanlara inanmamağa çağırıram” deyən prezident Ərdoğan ictimaiyyətin məlumatlandırılmasının davam edəcəyini vurğulayıb.

Hadisədən xəbər tutan kimi hökumətin çevik şəkildə hərəkətə keçdiyini bildirən Ərdoğan bu proses zamanı əvvəlcə Azərbaycan prezidenti İlham Əliyevlə, sonra isə Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə telefonla danışdığını diqqətə çatdırıb.

“Azərbaycanlı qardaşlarımızı və gürcü dostlarımızı dərindən kədərləndirən bu faciəli hadisəni birlikdə hərtərəfli araşdırırıq. Gürcüstan hakimiyyəti bu proses boyu maksimum yardım və əməkdaşlığı təmin edir. Azərbaycanlı bacı və qardaşlarımız eyni şəkildə zəruri olan hər cür dəstəyi göstərirlər”, – deyə Türkiyə lideri əlavə edib.

Xatirə SADİQ

Chosen
40
nocomment.az

1Sources