EN

Millimiz seçmə mərhələsində məğlub olub

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin ilk oyununda məğlub olub.

Bakıxəbər.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv E qrupunda Bolqarıstanla üz-üzə gəlib.

Bakı İdman Sarayındakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 141:48.

Qeyd edək ki, Azərbaycan komandası noyabrın 15-də Monteneqronu qəbul edəcək.

Chosen
9
4
bakivaxti.az

10Sources