Olaylar.az xəbər verir ki, bu barədə noyabrın 12-də Milli Məclisin iclasında, 2026-cı il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı, Müdafiə və Təhlükəsizlik üzrə daimi parlament Komissiyasının sədri, hakim "Mülki Müqavilə" partiyasından olan deputat Andranik Koçaryan müxalifət deputatlarının suallarını cavablandırarkən bildirib.
Müxalifət deputatları hökuməti müharibə şəraitlərini gizlətmək cəhdində və populizmdə ittiham ediblər. Qeyd edək ki, Ermənistanda hazırkı hakimiyyət daha əvvəl ictimaiyyətə araşdırmanın nəticələrini dərc etməyi vəd etmişdi.
Andranik Koçaryan izah edib ki, 16 min səhifədən ibarət materiallar Milli Məclisin aparatı ilə razılaşdırılaraq 1-ci şöbəyə təhvil verilməli, daha sonra dövlət strukturlarına bu materiallara giriş icazəsinin verilməsi barədə qərar qəbul edilməlidir.
Giriş icazəsi veriləcək strukturların siyahısına aşağıdakılar daxildir:
Baş Prokurorluq; Milli Təhlükəsizlik Xidməti; Müdafiə Nazirliyi. Həmçinin, deputatlar da sənədlərlə tanış ola biləcəklər.
Komissiya rəhbəri əlavə edib ki, "tamamilə məxfi hesabat" nəticələrin çıxarılması və formalaşdırılması baxımından çox böyük əhəmiyyət kəsb edir.