Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi təyyarənin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması nətivəsində şəhid olan hərbçi Ramazan Yağızın hekayəsi Türkiyəni kədərləndirib.
Modern.az-ın məlumatına görə, o, üç il əvvəl, 11 noyabr 2022-ci ildə şəhid olan həmkəndlisi və uşaqlıq dostu Emre Sevinci sosial mediada yad etdikdən bir neçə saat sonra özü də şəhid olub.
Ramazan Balıkesir vilayətinin Sındırgı bölgəsində yerləşən Çatalsöğüt kəndinin sakinidir. Şəhidin xəbərini anası Ayşe Yağız Bursa vilayətindəki evində asılıb. Həm doğulduğu kənd, həm də ailəsinin yaşadığı Küçükbalıklı məhəlləsində Türkiyə bayraqları ilə bəzədilib.
Ramazan Yağız sosial media hesabında 11 noyabr 2022-ci ildÉ™ ÅŸÉ™hid olan dostu Emre Sevinci “ŞəhadÉ™tinin ildönümündÉ™ mÉ™kanın cÉ™nnÉ™t olsun, igidim” sözlÉ™ri ilÉ™ yad edib. Bu paylaşımından bir neçə saat sonra isÉ™ onun da ÅŸÉ™hid olduÄŸu xÉ™bÉ™ri gÉ™lib. Emre Sevinçin atası Mehmet Sevinç sosial ÅŸÉ™bÉ™kÉ™dÉ™ hÉ™r iki ÅŸÉ™hidin fotosunu paylaÅŸaraq yazıb: “CÉ™nnÉ™tdÉ™ görüşmÉ™k üçün eyni günÉ™mi sözləşdiniz, igidlÉ™rim? Eyni torpağın, eyni kÉ™ndin övladlarısınız”.
Şəhid Ramazan Yağızın 10 il əvvəl könüllü şəkildə kök hüceyrə (sümük iliyi) bağışladığı məlum olub. 2023-cü ilin iyununda onun hüceyrələrinin xərçəng xəstəsi ilə uyğun gəldiyi təsdiqlənib və Ankara Bilkent Şəhər Xəstəxanasında uğurlu köçürmə əməliyyatı həyata keçirilib.
Ramazan Yağızın nəşi doğulduğu kənddə hərbi mərasimlə torpağa tapşırılacaq.