Türkiyənin “Fənərbağça” futbol klubunun əfsanəvi oyunçusu olmuş Tuncay Şanlıya klubda vəzifə verilib.
İdman.Biz xəbər verir ki, bu barədə “Fənərbağça” klubunun rəsmi internet saytı məlumat yayıb.
Klubun rəsmi açıqlamasında bildirilib ki, Tuncay Şanlı “Fənərbağça”nın futbol akademiyasında İnkişaf Direktoru vəzifəsinə təyin olunub.
Qeyd olunur ki, Tuncay Şanlı gənc futbolçuların inkişaf prosesi, peşəkarlıqlarının formalaşdırılmasına cavabdehlik daşıyacaq.
“Tuncay Şanlıya yeni vəzifəsində uğurlar diləyir, bu addımın “Fənərbağça” ailəsi üçün xeyirli olmasını arzu edirik. “Fənərbağça”mız üçün hər sahədə birlik və bərabərlik ruhunu yaratmaq işinə əfsanələrimizlə birlikdə davam edəcəyik” – klubun yaydığı bəyanatda qeyd olunur.