EN

“Abdış-Ata” İlkin Muradov və Mirabdulla Abbasovla yollarını ayırdı - FOTO

Qırğızıstanın "Abdış-Ata" klubu azərbaycanlı futbolçular İlkin Muradov və Mirabdulla Abbasovla yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə məlumat klubun mətbuat xidməti tərəfindən açıqlanıb. Mövsümün başa çatmasının ardından rəhbərlik hər iki oyunçu ilə müqaviləni uzatmamaq qərarına gəlib.

Klub futbolçulara əməyə, peşəkarlığa və sadiqliyə görə təşəkkür edib və onların “Abdış-Ata” tarixində iz qoyduğunu vurğulayıb: “Sizin əməyiniz və enerjiniz klubun tarixində daim xatırlanacaq. Karyeranızın növbəti mərhələsində uğurlar arzulayırıq.”

Qeyd edək ki, Mirabdulla Abbasov və İlkin Muradov mövsüm ərzində "Abdış-Ata"nın əsas heyətində mühüm rol oynayıblar.

İdman.Biz

Chosen
14
2
idman.biz

3Sources