EN

Tuncay Şanlı "Fənərbaxça"ya qayıtdı

"Fənərbaxça"nın əfsanəvi futbolçularından olan Tuncay Şanlı kluba qayıdıb.

Sportal.az xəbər verir ki, keçmiş hücumçu istanbul nəhənginin akadmeiyasında çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

43 yaşlı mütəxəssis inkişaf direktoru vəzifəsinə təyin olunub. O, akademiya ilə əsas komanda arasında əlaqələrin inkişaf etdirilməsi yönündə fəaliyyət göstərəcək.

Qeyd edək ki, Tuncay Şanlı 2022-2007-ci illərdə "Fənərbaxça"nın formasını geyinib. Türkiyə millisinin sabiq üzvü futbolçu karyerasını başa vurduqdan sonra "Sakaryaspor", "Ümraniyespor" və "Çorum"da baş məşqçi kimi çalışıb.

saytlarin hazirlanmasi

Chosen
26
7
sportal.az

10Sources