EN

Qırğızıstan klubu azərbaycanlı futbolçuları komandadan göndərdi

Qırğızıstanın "Abdış-Ata" klubu azərbaycanlı futbolçular İlkin Muradov və Mirabdulla Abbasovla yollarını ayırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
 
Qırğızıstan Premyer Liqasında mövsümə yekun vurulduqdan sonra, "Abdış-Ata" komandası hər iki oyunçu ilə yola davam etməmək qərarına gəlib.
 
Qeyd edək ki, İlkin Muradov və Mirabdulla Abbasov iyul ayında "Abdış-Ata" ilə mövsümün sonunadək müqavilə imzalamışdılar. Mirabdulla Abbasov 6 oyunda iştirak edib, bir qol vurub, Muradov isə 14 oyunda iştirak edib və dörd məhsuldar ötürmə ilə yadda qalıb.
Chosen
36
moderator.az

1Sources