EN

Bəturə mərhum gitara ifaçısı ilə adının hallanmasından DANIŞIB QƏZƏBLƏNDİ VİDEO

Bizim media saytına istinadən ain.az xəbər verir.

Müğənni Bəturə Hüseynova növbəti dəfə mərhum gitara ifaçısı Nofəl Süleymanovla eşq iddialarından danışıb.Bizim.Media xəbər verir ki, ifaçı “Tarixin bir günü” verilişində qonaq olarkən bu məsələ ilə bağlı açıqlama verib.B. Hüseynova sözügedən iddialardan danışarkən qəzəblənib:“Burada “Quran-i Kərim” varsa, əlimi basaram. Bura “Quran-i Kərim” gətirin! Yalan-böhtandır.

 

Balamın canı, şərdir. Mən burada yox idim. Haqqımda xəbər çıxanda dedim ki, bir ildir ölkəyə gəlməmişəm, xarici pasportumda da qeyd edilib.

Həmin jurnalist mənə dedi ki, pasportunuzu göndərin, dedim, yox. Başqa jurnalist istəsə, edərdim”.Xatırladaq ki, B. Hüseynovanın illər əvvəl mərhum gitara ifaçısı Nofəl Süleymanovla eşq yaşadığı, bu səbəbdən musiqiçinin ailəsində söz-söhbət yarandığı, oğlunun da eyni məsələyə görə N. Süleymanovu öldürdüyü iddia edilirdi.

Sara, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
1
bizim.media

2Sources