Qadınlardan ibarət voleybol üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanında keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığmamız Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Əfqanıstan seçməsi ilə üz-üzə gəlib.
Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksində gerçəkləşmiş qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib – 3:0. İlk setdə 25:7 hesabı ilə qalib gəlmiş millimiz sonrakı hissələrdə də rəqibindən aşkar üstün olub – 25:5, 25:9.
Xatırladaq ki, Azərbaycan millisi yarışdakı ilk oyununda İran yığmasını üstələmişdi – 3:0 (25:11, 25:16, 26:24). İkinci turda komandamız Takicistan yığmasına qalib gəlmişdi – 3:0 (25:5, 25:11, 25:9). Türkiyə yığması ilə görüşdə isə komandamız 0:3 hesablı məğlubiyyətlə üzləşmişdi.
Bu nəticələrdən sonra Azərbaycan yığması İslamiadanın finalına yüksəlib. Voleybol millimiz İslamiadanın həlledici oyununda Türkiyə yığması ilə üz-üzə gələcək. Sözügedən qarşılaşma noyabrın 13-də baş tutacaq. Üçüncü yer uğrunda oyunda isə İran və Tacikistan yığmaları qarşılaşacaqlar.
İslamiada noyabrın 21-də başa çatacaq.
İslam Həmrəyliyi Oyunları
12 noyabr
Azərbaycan – Əfqanıstan 3:0 (25:7, 25:5, 25:9)

