Bakı.Trend:
AZCON Holding şirkətlərindən olan ASCO-nun tanker və universalquru yük gəmiləri ilə 2025-ci ilin yanvar–oktyabr aylarındaümumilikdə 4 milyon 838 min 499 ton yük daşınıb.
Trend xəbərverir ki, bu barədə ASCO məlumat yayıb.
Bildirilib ki, daşımaların 3 milyon 714 min 677 tonu tankergəmiləri, 1 milyon 123 min 822 tonu isə universal quru yük gəmiləriilə həyata keçirilib.
Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 3 milyon410 min 939 ton və 724 min 627 ton təşkil etmişdi. Beləliklə, mayeyük daşımalarında 8,9 faiz, quru yük daşımalarında isə 55,1 faizartım qeydə alınıb.
Ümumilikdə, ASCO-nun maye və quru yük daşımalarının həcmi ötənilin eyni dövrü ilə müqayisədə təxminən 17 faiz artıb.