EN

Qırğızıstan klubu azərbaycanlı futbolçularla yollarını ayırıb

Qırğızıstan çempionatında mövsümünün başa çatmasından sonra “Abdış-Ata” klubu bir neçə oyunçu ilə yollarını ayırdığını elan edib.

Apasport.az xəbər verir ki, onlar arasında iki azərbaycanlı futbolçu da var. Bunlar Mirabdulla Abbasov və İlkin Muradovdur. Hər iki futbolçu yayda Qırğızıstan klubuna keçmişdi.

Bu dövrdə Abbasov 6 oyunda iştirak edib, bir qol vurub, Muradov isə 14 oyunda iştirak edib və dörd məhsuldar ötürmə ilə yadda qalıb.

İslam Həmrəyliyi Oyunları: Medal sıralaması

İslam Oyunları: İdmançılarımız 6 növdə mübarizə aparacaqlar

"Qarabağ" dünya reytinqində 17 pillə irəliləyib

“Kəpəz”in legioneri əməliyyat olunub

II Liqa: VIII tura yekun vurulub

Chosen
46
4
apasport.az

6Sources