EN

Qarabağ a iki qol vuran forvard İtaliya klubuna keçməyəcək

ain.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

“İnter” “Atletik”in forvardı Qorka Quruzetanı transfer etməyə yaxın olsa da, bunu reallaşdıra bilməyib.

Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, “nerazzura” “Atletik”ə istədiyi məbləği təklif etməyib. Maliyyə məsələsində razılıq olmadığı üçün Bilbao klubu 29 yaşlı futbolçunu “İnter”ə satmaq fikrindən daşınıb.

Quruzetanın Bilbao təmsilçisi ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. “Atletik”in yetirməsi olan Quruzeta “Sabadell” və “Amorebieta” klublarında çıxış edib.

Xatırladaq ki, Çempionlar Liqasının 3-cü turunun “Atletik” – “Qarabağ”(3:1) matçında Quruzeta dublla yadda qalmışdı.

 

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
1
sportal.az

2Sources