Mədəniyyət Nazirliyi tabeliyindəki kitabxanaların təmir və bərpası ilə bağlı siyahı hazırlayıb.
Azreform.info xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında bildirib.
Nazir müavini xatırladıb ki, hazırda nazirliyin tabeliyindəki 6 mindən çox müəssisənin 3 minindən çoxu kitabxanalardır:
"2003-cü ildə bütün kitabxanaları ziyarət edib, təmiri və bərpası ilə bağlı siyahıları hazırlamışıq. Onlaırn fəaliyyətinin aktuallığı nəzərə alınaraq hər il nazirlik tərəfindən həmin müəssisələrin təmirinə vəsait ayrılır”, - o qeyd edib.
Nazir müavini deputat Səyyad Aranın İmişli rayonunda kitabxanalarındakı problemlə bağlı qaldırdığı məsələyə reaksiya verərək deyib ki, həmin məsələ növbəti ilin planın salınıb və həllini tapacaq.
Mürtəza