EN

Barselona dan Messi açıqlaması

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

"Barselona"nın prezidenti Joan Laporta sabiq futbolçusu, hazırda "İnter Mayami"nin formasını geyinən Lionel Messi haqda danışıb.

QOL.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o, 38 yaşlı hücumçunun Kataloniya təmsilçisinə qayıdıb-qayıtmayacağı barədə sualları cavablandırıb: 

"İşlər istədiyimiz kimi getmədi. Hazırda Messinin kluba oyunçu kimi qayıtması ilə bağlı fərziyyələr yersizdir".

Qeyd edək ki, argentinalı forvard 2003-2021-ci illərdə "Barselona"nın formasını geyinib. Bu müddət ərzində o, 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə verib. 

Bir neçə gün əvvəl isə Messi "Barselona"nın təmirdən yeni çıxmış "Kamp Nou" stadionunu ziyarət edib. O, sosial şəbəkələrdəki paylaşımında klub və şəhər üçün çox darıxdığını, bir gün qayıtmaq istədiyini yazıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
1
qol.az

2Sources