EN

"Qarabağ" dünya reytinqində 17 pillə yüksəlib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) yenilənmiş dünya klub reytinqini dərc edib.

Oxuməni.az-ın məlumatına görə, 502 klubdan ibarət siyahıda Azərbaycan Premyer Liqasının dörd təmsilçisi yer alır: "Qarabağ ", "Sabah", "Zirə" və "Araz-Naxçıvan".

Azərbaycan çempionu "Qarabağ" 192,25 xal toplayaraq 82-ci yerdən 65-ci yerə yüksələrək mövqeyini 17 pillə yaxşılaşdırıb.

"Sabah" mövqeyini 296-cı yerdən 276-cı yerə, "Zirə" 407-ci yerdən 387-ci yerə və "Araz-Naxçıvan" 391-ci yerdən 390-cı yerə yüksəldib.

Qeyd etmək lazımdır ki, siyahıya PSJ başçılıq edir. İlk beşliyə müvafiq olaraq "Real Madrid", "Çelsi", "İnter" və "Bavariya" da daxildir.

Almaz Həsənli

Chosen
39
oxumeni.az

1Sources