EN

Qurban Qurbanovun qış tədarükü - İki transfer…

Artıq düşünmək olar ki, Qurban Qurbanov «Qarabağ»da kadr islahatlarını davam etdirəcək.

Çox yox, 1-2 nəfər qoşulacaq qış fasiləsində komandaya.

Gedənlərin olacağını da istisna etmək olmaz yenə. Bu işin qaydası belədir: gələnlər olduğu kimi, gedənlər də olacaq.

«Neftçi» ilə derbi son sualların da cavabını verdi. Müdafiə xəttində güclənmə qaçılmazdır.

Əlbəttə, Qurban Qurbanov Kevin Medina, Bəhlul Mustafazadəni Çempionlar Liqası ilə Premyer Liqa arasında yormaq istəmir. Hələ ölkə kuboku uğrunda yarışmanın mövcudluğunu da unutmayaq.

Eyni sözlər Abdulla Zubirə də aiddir, digər aparıcı legionerlərə də. Təqvim sıx, vaxt azdır.

«Neftçi» ikinci hissədə bir neçə dəfə təhlükəli gəldi «Qarabağ»ın üstünə. Boşluqlar aydın nəzərə çarpdı bu zaman. Mərkəz və cinahlardan təşkil edilən həmlələr ev sahiblərinin qapısı ağzında gərginlik yaratdı.

Problem onu həll etmək üçündür. Problem varsa, deməli, çıxış yolu da var.

Yəqin ki, Qurbanov bu barədə ciddi fikirləşir. Və bəlkə də artıq namizədləri var.

Arxa zonaya iki transfer edə bilsə, «Qarabağ» gələn ildən daha mobil təsir bağışlayacaq. Medinanın, Zubirin, Yankoviçin yoxluğu baş məşqçiyə sıxıntı yaratmayacaq Premyer Liqada.

ELXAN

Chosen
35
sportinfo.az

1Sources