EN

Bu icra başçılarının yerləri dəyişdi

Azpost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Çingiz oğlu Mürsəlov vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə O. Mürsəlov Göyçay Rayon İcra Hakimiyyətinə başçısı təyin edilib.

Prezident İlham Əliyevin digər Sərəncamı ilə Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

O, Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Qaxın sabiq icra baçşısı Musa Şəkiliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla həbs olunub.

Həmçinin Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Vüqar Vahid oğlu Novruzov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
15
azpost.info

5Sources