EN

Baş nazirdən Rusiya kəşfiyyatına cavab: “Bu cəfəngiyatdır”

Nikol Paşinyan Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (XKX - SVR) məlumatına münasibət bildirib.

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, Baş nazir İrəvanın Rusiya taxılından imtina edərək Ukrayna taxılı almaq istədəyi iddiasını təkzib edib: 

"Bu, ola bilməz, bu cəfəngiyatdır".

Bundan əvvəl SVR mətbuat xidməti bəyan etmişdi ki, Ermənistan siyasi səbəblərdən Ukrayna taxılını baha qiymətə almaqla Moskvadan “qopmaq” və Kiyevə “kömək etmək” istəyir.

Eyni mənbəyə görə, İrəvan guya Aİ-nin vəsaitləri hesabına artıq ödənişi kompensasiya etmək niyyətindədir.


Telegram kanalımız
Chosen
57
1
yenisabah.az

2Sources