EN

Kamal Umudlu Rusiya – Peru matçını idarə edəcək - ARENA.AZ

Futbol üzrə Rusiya və Peru yığmaları arasında keçiriləcək yoldaşlıq görüşünü Azərbaycandan olan baş hakim Kamal Umudlu idarə edəcək.

Arena.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, Sankt-Peterburqda təşkil olunacaq matçda Kamal Umudlu baş hakim olacaq. Ona yan xətt hakimləri Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını yerli Yan Bobrovski yerinə yetirəcək.

Qeyd edək ki, Rusiya – Peru oyunu bu gün baş tutacaq. “Qazprom Arena”da keçiriləcək oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Maraqlıdır ki, azərbaycanlı hakimlərin Rusiya – Peru matçına təyinat alması barədə AFFA heç bir rəsmi məlumat yaymayıb. Halbuki, hakimlərimizin belə oyunlara təyinat alması barədə ilk xəbəri adətən qurumun rəsmi saytı ictimaiyyətin diqqətin çatdırır.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
22
28
arena.az

10Sources