EN

Azərbaycan klubu bu gün Çelenc Kubokunda ilk qarşılaşmasına çıxacaq

Azərbaycanın kişi voleybolçulardan ibarət “Xilasedici” komandası Çelenc Kubokunda ilk matçını keçirəcək.

İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi 1/32 final mərhələsində Rumıniyada “Steaua” kollektivinin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü noyabrın 20-də Bakıda, Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 18:00-da başlayacaq.

İdman.Biz

Chosen
9
2
idman.biz

5Sources