Qırğızıstan çempionatında mövsüm başa çatdıqdan sonra “Abdış-Ata” bir neçə futbolçu ilə yollarını ayırıb.
İdmanxeber.az xəbər verir ki, komandadan ayrılanlar arasında azərbaycanlı Mirabdulla Abbasov və İlkin Muradov da var.
Abbasov 6 oyunda 1 qol, Muradov isə 14 oyunda 4 məhsuldar ötürmə ilə yadda qalıb.