EN

Təyyarə qəzası haqda Türkiyəli hərbi ekspertdən AÇIQLAMA

“C-130 hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğramasının iki əsas səbəbi ola bilər. Bunlardan birinci hadisənin anidən baş verməsi, ikincisi xarici müdaxilədir”.

Turkustan.az xəbər verir ki, bunu türkiyəli hərbi ekspert İbrahim Keleş deyib.

Ekspert qeyd edib ki, təyyarənin qəzaya uğraması forması adi texniki nasazlıq və ya hava şəraiti səbəbindən yaranan qəzaya bənzəmir. Onun sözlərinə görə, təyyarə havada olarkən quyruq hissəsindən zərbə alıb və ya başqa səbəbdən ciddi zədələnib: “Quyruğu qopmuşdu və fırlanaraq düşürdü…”

Yerli sakinlərin çəkdiyi görüntüləri təhlil edən İ.Keleş təyyarənin quyruq hissəsinin qopduğunu və idarəetməni tam itirərək dik bucaq altında, fırlana-fırlana yerə düşdüyünü bildirib. O vurğulayıb ki, bu vəziyyət normal pərvaz etmək və ya fövqəladə eniş cəhdi kimi görünmür.

İ.Keleş əlavə edib ki, pilotların qəza öncəsi heç bir təcili siqnal ötürməyə macal tapmadan rabitə əlaqəsinin kəsilməsi hadisənin qəfildənbaş verdiyini göstərir.

Qeyd edək ki, Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi nəqliyyat təyyarəsi noyabrın 11-də Azərbaycandan qayıdarkən Gürcüstan ərazisində qəzaya uğrayıb. Nəticədə göyərtədə olan 20 hərbçi həlak olub./yenisabah.az

Chosen
9
6
turkustan.az

7Sources