EN

Trampın oğlu Ermənistana səfərini ləğv etdi — ABŞ-da qalmaqal böyüyür

ABŞ Prezidenti Donald Trampın oğlu - Donald Tramp Jr. - Ermənistana planlaşdırılan səfərini qəfil ləğv edib. 

Olaylar.az xəbər verir ki, qərar ABŞ-da böyük səs-küyə səbəb olan Takker Karlsonun verilişindən dərhal sonra verilib.

Erməni "Graparak" qəzetinin məlumatına görə, Tramp Jr. bu gün, 12 noyabrda İrəvana gəlməli idi, lakin son anda səfərin baş tutmayacağı açıqlanıb.

İddialara görə, buna səbəb "Tashir Capital" şirkətinin rəhbəri Narek Karapetyanın Takker Karlsona verdiyi müsahibə olub. Müsahibədə Ermənistan hakimiyyətinin Apostol Kilsəsinə hücumu barədə faktlar səsləndirilib və bu, ABŞ ictimaiyyətində güclü rezonans yaradıb.

Məhz bundan sonra Donald Tramp Jr. Ermənistan rəhbərliyi ilə görüşdən və ümumilikdə səfərdən imtina etmək qərarına gəlib. (Milli.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
25
1
olaylar.az

10Sources