Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bu gün mübarizəyə başlayacaq.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, millimiz E qrupundakı ilk oyununda Bolqarıstanla üz-üzə gələcək.
Qeyd edək ki, Bakı İdman Sarayındakı qarşılaşma saat 15:00-da start götürəcək.
