EN

Bakıdan tapşırıq verildi, Paşinyan elan etdi: Bu kənd Azərbaycana qaytarılır

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Ermənistan hökumətinin 2026-cı il seçkilərinə qədər anklav məsələsini qaldırması bir növ “intihar” cəhdi olar. Ona görə də bu məsələ seçkilərdən sonraya qalacaq”. 

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Alen Qevondyan deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti artıq parlament seçkilərindən sonrakı dövrə hazırlaşır:

“Anklavlar məsələsi regional təhlükəsizlikdən daha vacibdir. Bu, Ermənistanın suverenliyi üçün risklər yaradır. Baş nazir Nikol Paşinyan bir müddət əvvəl sosial şəbəkə paylaşımında delimitasiya prosesi zamanı Ermənistanın nəzarətində olan Azərbaycan ərazilərinin təhvil verilməli olduğunu vurğuladı. O, həmçinin Artsvaşenin (Başkənd-red.) qaytarılması məsələsi həll olunmadan anklavlar mövzusunun bağlanmayacağını bildirdi. Baş nazirin Artsvaşendən danışması seçki sonrası prosesin siqnalıdır. Fikrimcə, Bakıdan İrəvana mesaj göndərilib ki, erməni xalqını anklavların Azərbaycana qaytarılmasına hazırlasınlar. Ona görə Paşinyan belə fikirlər səsləndirir.

Anklavların strateji mövqeyi onun ölçüsü və yerləşiminə görə fərqlənir. Bəzi anklavlar bizim üçün Artsvaşendən daha vacibdir. Məsələn, Tiqranaşen (Kərki-red.) onların arasında ən vacib olanıdır. Hökumət bu kəndi Azərbaycana vermək üçün böyük hazırlıq görür. Son 6 ildə Tiqranaşenin dövlət yollarının istismarı proqramlarından kənarda saxlanılması bunu sübut edir. Kəndin Azərbaycanın nəzarətinə keçməsi bizim tranzit imkanlarımızı da məhdudlaşdıracaq. Məsələn, Ermənistan İrandan gələn erməni minik və yük maşınların rüsum götürməyə davam edəcək. Lakin biz lazım gəldiyi zaman bu yol ilə cənuba hərbi texnika daşıya bilməyəcəyik. Tiqranaşenin təhvilindən sonra orada yaşayan əhali yaxınlıqdakı Paruyur Sevak kəndinə köçməli olacaq”.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
1
globalinfo.az

2Sources