EN

Azərbaycanın basketbol klubları bu gün Avropa Kubokunda növbəti oyunlarına çıxacaq

Bakı, 12 noyabr, AZƏRTAC

Azərbaycanın basketbol klubları “Neftçi” və “Abşeron Lions” FIBA Avropa Kubokunun I qrupunda növbəti oyunlarına çıxacaq.

AZƏRTAC xəbər verir ki, “ağ-qaralar” səfərdə Estoniyanın "Kalev", "Abşeron Lions" isə Polşada “Trefl”lə qarşılaşacaq.

Görüşlər müvafiq olaraq, Bakı vaxtı ilə saat 21:30-da və 22:15-də başlayacaq.

Qeyd edək ki, aktivlərində 7 xal olan "Trefl" və "Neftçi" 1-ci və 2-ci pillələri bölüşür. "Abşeron Lions" ilə "Kalev" isə 5 xalla müvafiq olaraq, 3-cü və 4-cü yerdədir.

Chosen
22
2
azertag.az

3Sources