EN

Amorim: “Mourinyo mənim üçün nümunədir” - ARENA.AZ

“Mançester Yunayted”in portuqaliyalı baş məşqçisi Ruben Amorim həmkarı və həmvətəni Joze Mourinyo haqda qənaətini açıqlayıb.

Arena.az Amorimin hazırda “Benfika”nı çalışdıran mütəxəssis barədə müvafiq açıqlamasını təqdim edir:

“Mən bir çox məşqçilərdən görüb-götürmüşəm, amma Mourinyo mənim üçün nümunə olub. O, nəinki portuqaliyalılar, həmçinin bütün dünya üçün bir ölçüdür”, deyə Amorim vurğulayıb.

Xatırladaq ki, Joze Mourinyo bu ilin oktyabr ayında “Benfika”nın baş məşqçi vəzifəsinə təyin edilib. Lissabon təmsilçisi ilə 62 yaşlı mütəxəssis arasında imzalanmış müqavilənin müddəti 2026/2027-ci illər mövsümünün sonuna qədər davam edəcək. “Benfika” Mourinyonun rəhbərliyi altında meydana çıxdığı 12 oyunda 6 qələbə qazanıb, 3 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.

Joze Mourinyo karyerası ərzində “Benfika”, “Unian Leyriya”, “Portu”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted”, “Tottenhem”, “Roma” və “Fənərbağça”nı çalışdırıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
13
28
arena.az

10Sources