Bakı, 12 noyabr, AZƏRTAC
Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası Çelenc Kubokunda mübarizəyə başlayır.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz 1/32 final mərhələsində Rumıniyada "Styaua" ilə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Cavab görüşü isə noyabrın 20-də Bakıda təşkil olunacaq.