EN

Çelenc Kuboku: Azərbaycanın voleybol komandası mübarizəyə başlayır

Bakı, 12 noyabr, AZƏRTAC

Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası Çelenc Kubokunda mübarizəyə başlayır.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz 1/32 final mərhələsində Rumıniyada "Styaua" ilə qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Cavab görüşü isə noyabrın 20-də Bakıda təşkil olunacaq.

Chosen
33
1
azertag.az

2Sources