EN

Messi hələ Dünya Kubokunda oynayıb-oynamayacağına qərar verməyib

Argentinanın hücumçusu Lionel Messi hələ 2026-cı il Dünya Kubokunda oynayıb-oynamayacağına qərar verməyib, Sport.es xəbər verir.

"Yük olmaq istəmirəm. Mövsümöncəsi hazırlıqlarımız, Dünya Kubokundan əvvəl bir neçə oyunumuz olacaq və istədiyim yerdə olmağa fiziki cəhətdən hazır olub-olmadığımı görəcəyik", - deyə Messi bildirib.

Messi "Barselona"nın gənclər sisteminin məhsuludur. O, 2003-cü ildən 2021-ci ilə qədər böyüklər komandasında oynayıb. Bu müddət ərzində o, 835 oyun keçirib və 709 qol vurub. Messi "Barselona" ilə dörd dəfə Çempionlar Liqasını, 2022-ci ildə Argentina ilə Dünya Kubokunu, iki dəfə Amerika Kubokunu və səkkiz dəfə "Qızıl Top"u qazanıb.

2021-ci ildə Kataloniya klubundan ayrılaraq Fransanın PSJ klubuna keçib və orada iki mövsüm oynayıb. 2023-cü ildə hücumçu İnter Mayamiyə keçib və 2025-ci ilin oktyabrında komanda ilə müqaviləsini 2028-ci ilə qədər uzadıb.

Əziz Mustafa

Chosen
11
1
oxumeni.az

2Sources