EN

Dumanlı hava: DYP dən sürücülərə xəbərdarlıq

Sitat.info portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sürücülər dumanlı havada daha da diqqətli olmalı, sürət həddini hava şəraitinə uyğun seçməlidirlər.

Sitat.info xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin dumanlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətində bildirilib.

Qeyd edilib ki, hazırda Bakıda, eləcə də respublikanın bir sıra rayonlarında müşahidə edilən dumanlı hava yol hərəkəti iştirakçılarına, xüsusilə sürücülərə çətinliklər yaradır:

"Dumanlı hava yol hərəkəti zamanı nişanların, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında və aydın görünməsinə maneə yaratdığı üçün sürücülər belə havalarda daha da diqqətli olmalı, sürət həddini hava şəraitinə uyğun seçməli, nəqliyyat vasitəsinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmalı, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməli, xoşagəlməz hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidirlər".

Vurğulanıb ki, piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamalı, belə havalarda yola çıxarkən daha da məsuliyyətli olmalıdırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
36
sitat.info

10Sources