EN

Fərid Qayıbov qalibləri mükafatlandırdı - FOTOLAR

BAKI, 12 noyabr. TELEQRAF

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM/CICA) 8-ci iclası keçirilib.

Teleqraf xəbər verir ki, tədbir Bakıdakı “Hilton” hotelində baş tutub.

Açılış mərasimində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, CICA-nın baş katibi Kayrat Sarıbay, beynəlxalq nümayəndələr, rəsmi şəxslər və media nümayəndələri iştirak ediblər.

Gənclər və idman naziri Fərid Qayıbov tədbirin əhəmiyyətindən bəhs edib, gənclərin CICA regionunda dayanıqlı inkişaf və əməkdaşlıq istiqamətindəki rolunu vurğulayıb. Ardınca CICA-nın baş katibi Kayrat Sarıbay çıxış edərək, təşkilatın gənclərlə bağlı layihələrinin regional əməkdaşlığa verdiyi töhfələrdən danışıb.

Tədbirdə, həmçinin, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə CICA Katibliyinin birgə təşkil etdiyi inşa və rəsm müsabiqələrinin qaliblərinə mükafatlar təqdim olunub.

Chosen
29
teleqraf.com

1Sources